YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallaşdırılır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonunun Bucaq  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxışında bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Ehtibar Yusubov, Mehman Ramazanov, və bələdiyyə üzvlüyünə namizədlər Rəftar Əhmədov, Rəhim Abdurəfiyev, Cümşüd Cumazadə indiyədək bələdiyyələr tərəfindən vacib layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verildiyini diqqətə çatdırıblar.

Bununla yanaşı qeyd olunub ki, YAP-ın seçki proqramında yeni hədəflər müəyyənləşib.

Görüşlər zamanı seçicilərdən Adilgəray Cabbarov, Bahadur Əmrahov, Tahir Abdullayev YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP-ın namizədləri Oğuz şəhəri, Kərimli, Bucaq, Xaçmaz və Padar kəndlərində seçicilərlə fərdi görüşlər keçiriblər.