Xəbərlər
YAP xalqın əsas seçimidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu Topalhəsənli və Atakişili bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, seçiciləri 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa çağırıb.
Seçki qərargahının üzvləri Mehrab Abdurahmanov, Teymur Hüseynov və bələdiyyə üzvlüyünə namizədlər Könül Dəmirova, Famil Tağıyev Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıblar.
Seçicilər adından çıxış edən Arif Mehdiyev, Ceyhun Məmmədov Qabil Calalov, Habil Azayev qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Atakişili bələdiyyəsi üzrə namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.