Xəbərlər
Reallaşan hədəflər yeni qələbələrə yol açacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu Kürkəndi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının milli maraqlara uyğun məqsədyönlü fəaliyyəti sayəsində xalqın etimadını və güvənini qazandığını vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə qələbə əzmi ilə hazırlaşdığını bildirib. Təşkilat sədri partiyanın bu seçkilərdə müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Rüfət Utarov və bələdiyyə üzvlüyünə namizədlər İxtiyar Mehdiyev, Yeganə Cəfərova və Yusif Mühiddinov qeyd ediblər ki, bələdiyyələr yerli resursların daha səmərəli istifadəsi və inkişaf layihələrini həyata keçirməklə regionların iqtisadiyyatını gücləndirir.
Seçicilər Gülsura İbadova, Yəhya İsgəndərov, Lumu Qasımova və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.