YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti qələbə əzmi!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Bum bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, bələdiyyələrin fəaliyyətinin genişlənməsi və inkişafı üçün münbit şərait yaranıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Hikmət Abdullayev, Samit Yaqubov və bələdiyyə üzvlüyünə namizədlər Əddin Həsənov, Süleyman Süleymanlı, Səfa Aslanov və Toğrul Şəfiyev partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər. Ölkə Prezidenti İlham Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğıdan danışan natiqlər  bələdiyyə seçkilərində də böyük fəallıq nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlarını bildiriblər.

Görüşdə iştirak edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Həmin gün, həmçinin rayonun Vəndam, Nic, Nohurqışlaq, Yeni Dizaxlı, Hacıalılı və Cığatelli bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri  də keçirilib.