Xəbərlər
Vətəndaşlara daha keyfiyyətli xidmət üçün...
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonunun Kotanarx bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının parlaq qələbələrini xatırladıb. İsa Eminov qeyd edib ki, növbəti bələdiyyə seçkilərdə də partiyamızın qələbə qazanacağı şübhə doğurmur.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Anar Şahmuradov, bələdiyyə üzvlüyünə namizədlər Sevda Cavadova və Əli Lətifov qeyd ediblər ki, ölkəmizdə bələdiyyələrin mükəmməl qanunvericilik bazası yaradılıb. Çıxışlarda həmçinin vurğulanıb ki, bələdiyyələrin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün qarşıda mühüm vəzifələr dayanır.
Seçicilərdən Miralı Cabbarov və Sevda Məmmədova çıxış edərək bildiriblər ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.