YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Oktyabrın 6-da Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

İclasda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Sazişin, Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq. Bundan başqa, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanunlarda dəyişikliklər edilməsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq. Həmçinin “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunlarda, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrində dəyişikliklər edilməsi və digər qanun layihələrinə də baxılacaq.