YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Gələn ilin dövlət büdcəsində sosial məqsədlərə ayırmalar azalmayıb

«2016-cı il büdcəmizi sosial yönümlü büdcə adlandırardım. Büdcəmizin gəlirlərinin 46.5 faizini qeyri-neft sektoru təşkil edir. Və büdcənin 36, 1 faizi sosial məqsədlərə yönəlib. Sosial məqsədlərə göstəricilər büdcənin azalmasına  nisbətdə faiz olaraq çoxalıb». Bu fikiriləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə qeyri-neft sektorunda göstəricilər kifayət qədər artıb. Onun sözlərinə görə, 2014-cü ildə qeyri neft sektorunun gəlirlərinin dövlət büdcəsində payı 34 faiz  idisə, 2016-cı ildə bu 46,5 faiz proqnozlaşdırılır.

«Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8 faiz, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5 faiz çoxdur. Maraqlı olan məsələ odur ki, sosial məqsədlərə ayırmalar bütövlükdə bütün bölmələr üzrə azalmayıb. Ünvanlı yardım, sosial ipotekaya ayrılan vəsait azalmır. Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə faiz olaraq 8,6, cari ilin proqnoz göstəricilərinə nisbətən isə miqdar olaraq 0,7 faiz artımı gözlənilir.Büdcədə 2015-ci illə müqayisədə elm, təhsil, idman, sosial təminat, mədəniyyət tədbirlərinə 2015-ci illə müqayisədə 2,2 faiz artım nəzərdə tutulub»- deyə, komitə sədri vurğulayıb.