Xəbərlər
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə başsağlığı verib
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.
Hörmətli cənab Prezident, bir daha dərin hüznlə başsağlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, sabitlik arzulayıram.”