YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti zəfərlərə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının daim xalqın mənafeyindən çıxış etdiyini və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını söyləyib. O bildirib ki, bu gün vətəndaşlar sabit və təhlükəsiz ölkədə yaşayır, özünün sosial təminatı və rifah halından məmnundur. Əminliklə vurğulanıb ki, məhz buna görə də bələdiyyə seçkilərində də seçicilər Prezident İlham Əliyevə və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına inam və etimad göstərirlər.

Seçki qərargahının üzvləri Tofiq Həsənov, Vüqar Nəbiyev və bələdiyyə üzvlüyünə namizədlər Vaqif Əliyev, Şəfəq Mehralıyeva, İlayə Qarayeva, Nadir Mayılov, Vəliyəddin Əliyev və Elnur Quliyev seçiciləri ölkəmizin xoşbəxt və parlaq gələcəyi naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, yerli seçki qərargahının üzvləri və partiya namizədləri Qoyunbinəsi və Kolanı kəndlərində yaşayan şəhid ailələrini də ziyarət ediblər.