Xəbərlər
Novruz Məmmədov: İqlim dəyişməsinin nə qədər təhlükəli olduğunu aparıcı ölkələrin rəhbərləri də anlamırlar?
"İqlim dəyişməsi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu "töhfədir". Bu prosesi dayandırmaq üçün heç indi də bir sıra addımlar atmaq istəmirlər. Hələlik proseslər söz və bəyanat səviyyəsində qalmaqdadır".
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Pan Gi Mun deyir ki, insanlar iqlim dəyişməsinin nə qədər təhlükəli olduğunu anlamırlar. Razılaşaq ki, insanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri? Onlar da anlamırlar?"