YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədlərinə etimad çox yüksəkdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır: “Builki bələdiyyə seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması şəraitində keçiriləcək”. Onun sözlərinə görə, YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır.

Şirvan bələdiyyəsi üzvlüyünə namizədlər İradə Atayeva, Kürdoğlu Muradov,  Akif Saqiyev və Sərraf Əzimov çıxışlarında bildiriblər ki, ölkəmizdə seçkiqabağı mühit, istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Seçicilər də Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.