Xəbərlər
Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Elnarə Akimova Sumqayıt şəhərinin Tuğ zavod ərazisində yaşayan, 44 günlük Vətən müharibəsində şəhid olmuş baş leytenant İlkin Əzizağa oğlu Məmmədzadənin ailəsini ziyarət edib.
Görüş zamanı millət vəkili Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında mühüm rol oynayan şəhidlərin misilsiz qəhrəmanlığından söhbət açıb. O, şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını, onların qəhrəmanlıqlarının isə hər zaman qürur mənbəyi olacağını vurğulayıb.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi təbriklərini çatdıran deputat Elnarə Akimova şəhid ailələrinin qayğılarının daim diqqətdə saxlanıldığını və dövlətimizin bu kateqoriyadan olan şəxslərə hər zaman dəstək verdiyini qeyd edib.