YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.

Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə bağlı faciəli xəbəri dərin hüznlə qarşıladım.

Bu çox ağır itkinin kədərini bölüşərək Sizə, mərhumların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mənim tapşırığımla yaradılan Qazaxıstan Hökuməti yanında Dövlət Komissiyası xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri görür, həmçinin insanların həyatının xilas edilməsinə və sağ qalan vətəndaşların reabilitasiyasına maksimum kömək göstərir.

Sizi əmin edirəm ki, Qazaxıstan yaralananlara dostluq və qardaşlıq ruhunda kömək göstərilməsi, onların öz vətənlərinə sağ-salamat qayıtmaları, eləcə də bu hadisənin bütün hallarının aydınlaşdırılması prosesində Azərbaycan tərəfinə hərtərəfli dəstək verəcəkdir.”

DİGƏR Xəbərlər Arxiv