Xəbərlər
Məsud Pezeşkian: Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, yaralılara şəfa arzu edirəm
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Mərhəmətli və rəhmli Allahın adı ilə!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi.
Zati-alinizə və əziz Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, yaralılara şəfa arzu edirəm.”