YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Sankt-Peterburq arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Oktyabrın 2-də Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkəmizdə səfərdə olan Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşüb.

Yaqub Eyyubov həmin görüşdə Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın yüksək inkişaf səviyyəsini, o cümlədən qonşu ölkənin regionları ilə uğurlu əlaqələri qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Sankt-Peterburq bütün sahələrdə qarşılıqlı əlaqələri genişləndirməyə çalışırlar. Baş nazirin birinci müavini tərəflər arasında əmtəə dövriyyəsinin artmasından məmnun olduğunu qeyd edərək bildirib ki, Azərbaycandan Sankt-Peterburqa əsasən kənd təsərrüfatı məhsulları ixrac edilir. Qarşılıqlı malgöndərmələrin artması üçün ilk növbədə, istehsal edilən məhsulun keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Y.Eyyubov onu da bildirib ki, Azərbaycan ilə Sankt-Peterburq arasında turizm sahəsində göstəricilər təxminən eynidir. Bu fakt turizm əlaqələrinin inkişafında yaxşı dinamikaya dəlalət edir. Bununla bərabər, Baş nazirin müavini əczaçılıq, sənaye və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar olduğunu qeyd edib.

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko vurğulayıb ki, son illərdə Azərbaycan xeyli dəyişib, ölkənin inkişafı üçün çox böyük işlər görülür. Qubernator deyib: “Bizim səfərimizin məqsədi ticari-iqtisadi, humanitar sahələrdə və sənaye sahəsində münasibətlərin inkişaf yollarını müəyyən etməkdir. İqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanlarımız var. Bizdə keyfiyyətli məhsullara tələbat yüksəkdir, Azərbaycan isə regionda kənd təsərrüfatı məhsullarının aparıcı istehsalçılarından biridir”.

Georgi Poltavçenko əczaçılıq, ekologiya, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinə də toxunub. O deyib: “Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün hər cür şərait var və biz Azərbaycanın bu sahədəki imkanlarını Sankt-Peterburqda nümayiş etdirəcəyik. Təhsilin keyfiyyətinə görə bütün Rusiyada aparıcı mövqe tutan bizim şəhərin müxtəlif ali məktəblərində azərbaycanlı tələbələr təhsil alır. Biz Azərbaycanın təhsil sistemi üçün kadr hazırlığı və təkmilləşdirmə kursları, sizin ölkənin ali məktəb müəllimləri üçün təcrübə keçirə bilərik”.

 

DİGƏR Xəbərlər Arxiv