YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nuşirəvan Məhərrəmli: Hesab edirəm ki, biz doğru yoldayıq

«Uzun illər Azərbaycan teleməkanında verilişlərin səviyyəsinin çox aşağı səviyyədə olması ictimaiyyəti narahat edir. MTRŞ-nın mövqeyi bunda çox aydındır. Biz həmişə bu tip verilişlərin olmasını istəməmişik. Televiziya kanallarına bu və ya digər mövzuda tövsiyələr vermişik. Çox təəssüf ki, bu tövsiyələr indiyə kimi nəticəsini verməyib». Bu fikirləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, bu il sentyabrın 16-da MTRŞ-nın əsasnaməsində dəyişiklik edildi. Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən televiziya kanallarındakı verilişlərin və ümumiyyətlə televiziya kanallarının lisenziyasının geri alınması üçün MTRŞ-ya səlahiyyət verildi.

«Ona görə də bu məsələyə ciddi şəkildə başladıq. Hesab edirəm ki, biz doğru yoldayıq. Televiziya məkanındakı bu sünilik, bayağılıq, saxta ssenarilər ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyatına toxunulması, milli mənəvi dəyərlərlə bağlı məsələlərin çox aşağı səviyyədə olması ilə bağlı verilişlər aradan qaldırılmalıdır. Bu məsələdə biz israrlıyıq və hər hansı televiziya kanalına olan güzəşt limiti bitib və mövqeyimiz qətidir»- deyə, MTRŞ sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv