YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Şahmat idman növü üzrə Yevlax rayon birinciliyi başa çatıb.

Müxtəlif yaş qrupları üzrə 110 məktəbli arasında keçirilmiş şahmat turnirində qalib gəlmiş şahmatçılar ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında görüş keçirilib, onlara fəxri fərman və medallar təqdim olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və Yevlax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elman Əlibəyli əvvəlcə turnir qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edilib ki, müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən böyük tarixi şəxsiyyətidir. Məhz dahi Heydər Əliyevin Azərbaycanın maraqları naminə həyata keçirdiyi mükəmməl siyasətin bariz nümunəsidir ki, bu gün Ulu Öndərin müdrik ideyaları əsasında Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan saysız-hesabsız uğurlara imza atır və böyük inkişaf yolu keçir.

Azərbaycan gənclərinə, idmana diqqət və qayğı göstərmək, gənclərimizi vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirməyin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv