YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalət, yeni geosiyasi reallıqlar

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyaları altında Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin bütün sferalar üzrə inkişafını təmin etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi,qətiyyəti, mahir diplomatiyası və rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusunun rəşadəti ilə 30 illik erməni təcavüzünə son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilmişdir. Möhtərəm Prezident ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində daim Ermənistana sülh təklifi ilə Azərbaycanın konstruktiv mövqeyini çatdırmışdır. Əfsuslar olsun ki,Ermənistan siyasi rəhbərliyi bu humanist çağırışlardan bir dərs çıxarmadı, nəticədə 44 günlük Vətən müharibəsində məğlub olaraq kapituliyasiya aktına imza atdı. Bildiyimiz kimi Ermənistan siyasi rəhbərliyi bu günə qədər Üçtərəfli Bəyanatın şərtlərinə tam şəkildə riyaət etməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda, yerli və xarici televiziya kanallarına olan müsahibələrində dəfələrlə vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına sığınaraq, revanşist meyillərdən əl çəkməzsə bu onların daha ağır məğlubiyyəti ilə sonlanacaq növbəti dərsi olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. 

Prezident İlham Əliyev müsahibə çərçivəsində verilən suallara tarixi həqiqətlərə uyğun cavablar verib. Xüsusilə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin hazırda hansı mərhələdə olmasını, sülh müqaviləsinin imzalanmasının gecikmə səbəblərini və digər bir sıra tarixi faktları diqqətə çatdırıb.  Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

Bəli,cənab Prezidentin verdiyi tarixi mesajdan həm Ermənistan siyasi rəhbərliyi, həm də onların riyakar havadarları sözün həqiqi mənasında dərs çıxarmalıdır. Əks təqdirdə, Ermənistan 2020-ci və 2023-cü illər ərzində həyata keçirilmiş uğurlu anti-terror tədbirlərimizlə növbəti dəfə üz-üzə qalacaq. Azərbaycanın mövqeyi humanizm prinsiplərinə əsaslanır, konsturktiv və ədalətli xarakter daşıyır. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə regionda ədalətli tarixi reallıq yaratmışdır. Ermənsitan siyasi rəhbərliyi ya bu həqiqətlərlə barışacaq, ya da havadarlarının məkirli planları çərçivəsində cəhənnəmə sürüklənəcək.

DİGƏR Xəbərlər Arxiv