YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP Laçın rayon təşkilatında dəyirmi masa keçirilib

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatında dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin binası önündə ucaldılan abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edərək bildirib ki, Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq və siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Qeyd olunub ki, Azərbaycan dövləti Ulu Öndərin ideyaları əsasında inamla inkişaf edir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Laçında da quruculuq və bərpa işləri böyük sürətlə davam edir və qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır

Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Şahbazov, Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Sədaqət Məhərrəmova, Laçın rayon Mişni kənd tam orta məktəbinin direktoru Qurban Həsənov, Laçın rayon 37 nömrəli tam orta məktəbinin direktoru Şaiq Məmmədov də çıxış edərək  müstəqil Azərbaycanın Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth etdiyini deyiblər.