Xəbərlər
Hacıqabulda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı dəyirmi masa təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xuraman Talıbova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin şöbə müdiri Əligüllah Qənbərov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Həcərxanım Nəzərova çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Ümummilli Liderin Azərbaycan xalqının tarixində dərin iz qoymuş şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən bəhs edilib.