YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüşlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədovla keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına dayanıqlı iqtisadiyyat, güclü dövlət quruculuğu və milli birlik prinsipləri üzərində qurulmuş gələcək miras qoyub. Bu irs Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərlə nəticələnib. Xüsusilə əldə olunan tarixi Zəfərlər bu siyasətin uzaqgörənliyinin və davamlılığının parlaq sübutudur”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün strateji bir yol xəritəsidir. Qeyd olunub ki, müstəqil Azərbaycan Heydər Əliyevin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir: “Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi”.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.