YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov ilə BDU tələbələrinin görüşü keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq möhkəmlənmişdir.

Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur. Bu gün biz bu izləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərlərdə aydın görürük.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov çıxışında vurğulayıb ki, müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası da Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.

Qeyd olunub ki, Ümummilli Liderin alternativi olmayan siyasəti və ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra tələbələrin sualları cavablandırılıb. Şahlar Əsgərovun müəllifi olduğu “Yonulmuş daş yolda qalmaz” adlı kitab tələbələrə hədiyyə edilib.