Xəbərlər
Deputat Mehriban Vəliyeva seçicilərlə görüşüb
Milli Məclisin deputatı Mehriban Vəliyeva Sumqayıtda növbəti dəfə vətəndaş qəbulu keçirib.
Görüş zamanı M.Vəliyeva seçicilərin müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, deputat 9 və 25 dekabr tarixlərində YAP Sumqayıt şəhər təşkilatınının inzibati binasında seçicilərlə növbəti görüşlərini keçirəcək.