Xəbərlər
Azərbaycanın iqlim diplomatiyasındakı tarixi nailiyyətləri
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Bu böyük miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizin paytaxtında keçirilməsi BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri hesab oluna bilər.
Noyabr ayının 11-22 tarixlərində paytaxt Bakıda keçirilən COP – 29 öz fəaliyyətini böyük uğurla başa çatdırdı. Azərbaycanın ev sahibliyi etdiyi COP29 – İqlim Dəyişiklikləri üzrə Birləşmiş Millətlər Konfransı, iqlim diplomatiyasında əlamətdar bir dönüş nöqtəsi kimi tarixə düşdü. “Yaşıl dünya naminə həmrəylik”şüarı altında keçirilən bu tədbir, həm təşkilatçılıq, həm də əldə olunan nəticələr baxımından beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar həyata keçirərək COP29 – u tarixdə ən möhtəşəm iqlim konfranslarından biri kimi yaddaşlara həkk etdi. Tədbirə 80 dövlət və hökumət başçısı, həmçinin 76 mindən çox iştirakçının qatılması, təşkilatçılığın dünya liderləri və iştirakçılar tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək uğurla nəticələndiyini aydın şəkildə nümayiş etdirir. Qonaqlar, Azərbaycanın qərəzsiz və inklüziv mövqeyini, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamasını da yüksək qiymətləndirdilər.
Ölkəmizə qarşı aparılan qərəzli qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bu böyük əhəmiyyətli tədbirin öhdəsindən məharətlə gəldi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “COP 29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Bakı COP 29 çoxtərəfliliyin təntənəsi kimi yadda qalacaq və gələcək iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.”
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bir çox əhəmiyyətli qərarlar qəbul edildi. Bunlardan biri də, inkişaf etməkdə olan ölkələr üçün yeni ümid olan və hər il bu dövlətlərin iqlim maliyyəsinin təmin edilməsi məqsədi ilə elan edilən Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması oldu. Bakı Maliyyə Məqsədi çərçivəsində, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları məbləğində iqlim maliyyəsi təmin edilməsi nəzərdə tutulur. Bu məbləğ əvvəlki 100 milyard dollarlıq məqsədi üç dəfədən çox artıraraq, iqlim dəyişikliyi ilə mübarizədə yeni maliyyə yanaşmasının əsasını qoydu. Bu razılaşma COP 29 Sədrliyi tərəfindən aparılan 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Bakı Maliyyə Məqsədi, xüsusilə az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün böyük əhəmiyyət kəsb edir, çünki bu dövlətlər iqlim dəyişikliklərinin təsirlərindən daha çox əziyyət çəkirlər. Bu sənəddə eyni zamanda, əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.
COP 29 – da uzun müddətdir gözlənilən karbon bazarlarına dair danışıqlar yekunlaşdırıldı. 6-cı maddənin tam sakildə işlək vəziyyətə gətirilməsi karbon bazarlarindan illik 1 trilyon dollara yaxın maliyyə axınını mümkün edəcək. Bu mexanizm, həmçinin milli iqlim planlarinin həyata keçirilməsi xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
Bakıda ilk dəfə olaraq Zərər və İtki Fondu tam işlək vəziyyətə gətirildi və fondun 2025-ci ilə qədər maliyyə vəsaitlərini paylaşdırmağa hazır olması təmin edildi. Bu fond, iqlim dəyişikliyindən ən çox zərər çəkən icmalara və ölkələrə dəstək göstərməyi hədəfləyir.
Azərbaycan iqlim danışıqlarında bitərəf vasitəçi rolunda çıxış edərək inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin maraqlarını müdafiə etdi. Azərbaycanın səyləri qlobal ədalətli iqlim siyasatinin qurulmasinda mühüm rol oynadı.
COP 29 zamanı bir sıra yeni təşəbbüslər təqdim edildi. İqlim Maliyyəsi, Investisiya və Ticarat üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim gündəliyində maliyyə və investisiyaların əhəmiyyətini ön planda saxlayaraq, yaşıl keçidi dəstəkləmək üçün beynəlxalq qurumları bir araya gətirdi, kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Baki İqlim Koalisiyasını elan etdi.
COP 29 Sədirliyinin elan etdiyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər, hidrogen mövzularındakı bəyanatları 150 tərəf təsdiq etdi.
Rəqəmsal texnologiyaların iqlim fəaliyyətinə inteqrasiyasi ilə emissiyaların azaldilmasi məqsədi daşıyan "COP 29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı" 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü tərəfindən təsdiqləndi.
8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi va Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyasi yaradıldı.
Beş COP Sədrliyi (COP 26-dan COP 30-a qədər) və ÜST Baş Direktoru iqlim gündəliyinə sağlamlığı daxil edərək gələcək COP konfranslarında əsas element kimi sağlamlığı təbliğ etdi.
Qlobal Metan Vadinin həyata keçirilməsinə tövhə verəcək "Üzvi Tullantılardan Metanin Azaldılmasina dair Bəyannamə” dünyann üzvi tullantilarla əlaqəli metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8 – i tərəfindən təsdiqləndi.
Kənd təsərrüfatı və qida sektorunda iqlim dəyişikliklərinə qarşı dayanıqlığı artırmağa yönəlmiş "Fermerlar üçün Bakı Harmoniya Təşəbbüsü" dəstək proqramı yaradıldı.
“COP 29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi” şəhər iqlim maliyyələşdirilməsi sahəsində tərəfdaşlıq və əməkdaşlıq üçün BMT agentliklərini və Hökumətlərarasi Təşkilatları, çoxtərəfli inkişaf banklarını (MDB-ləri), MCF-ləri, xeyriyyə təşkilatlarını və ikitərəfli donorlari, o cümlədən şəhər ərazilərində iqlim fəaliyyəti və planlaması ilə bağlı coxtərəfli yanaşma hazirlamaq niyyətində olan 40 – dan çox tərəf və 160 – dan çox ölkəni bir araya gətirir. Bununla yanaşı, COP, UNFCCC və BMT-nin Habitat şəhər prosesləri arasında Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası yaradıldı.
Turizm sektorunda davamlı inkişaf və emissiyaların azaldilmasi məqsədi ilə "Turizm üzrə Bakı Bəyannaməsi" tasdiq edildi.
İqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edən "İqlim Fəaliyyəti naminə COP 29 Bəyannaməsi" imzalandı və bu bəyanatı 50 ölkə dəstəklədi. COP 29 – çərçivəsində imzalanan bu bəyanat milli iqlim siyasətləri, o cümladən NDC-lar və NAP-lar çərçivəsində su ilə əlaqəli mitiqasiya və adaptasiya tədbirlərinin inteqrasiyasını təşviq edir.
Geosiyasi parçalanmalarin artdiğı bir dövrdə Azarbaycan, bütün tərəfləri bir araya gətirərək inklüziv və balanslı qərarlar qəbul edilməsini təmin etdi. Azərbaycan Sədrliyi, xüsusilə inkişaf etməkdə olan ölkələr və ekoloji problemlərlə üzləşən regionlar üçün ədalətli həll yolları təqdim etdi.
COP 29 iqlim diplomatiyasında Azərbaycanın tarixi uğuru olmaqla yanaşı, qlobal iqlim fəaliyyətinə mühüm tövhələr verdi. Bakıda qəbul edilən qərarlar, xüsusilə Bakı Maliyyə Məqsədi və 6 – cı maddə üzrə razılaşmalar, qlobal iqlim maliyyələşdirilməsi arxitekturasını həmişəlik dəyişdirəcək. Azərbaycan, iqlim sahəsində lider ölkə kimi, gələcək COP konfransları üçün də örnək rolunu oynayacaq.