YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Bədəl Bədəlov seçiciləri ilə növbəti dəfə görüşüb

Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Bədəl Bədəlov Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında seçicilərlə görüşüb.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin də iştirak etdiyi qəbul zamanı deputat Bədəl Bədəlov seçicilərin səsləndirdiyi müraciətləri dinləyib, onları narahat edən problemlərlə tanış olub.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin yerindəcə obyektiv araşdırılması və operativ həlli ilə bağlı tapşırıqlar verilib. Digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv