YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Xanlar Fətiyev seçicilərlə görüşüb

Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Kətəlparaq kəndində seçicilərlə görüş keçirib.

Görüş zamanı deputat Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Görüşdə vətəndaşları narahat edən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Bu kəndin işıq dirəklərinin yenilənməsi, bura yol çəkilməsi, həmçinin kəndin içməli su problemi və s. kimi müraciətlərin həlli ilə bağlı addımlar atılıb.

Millət vəkili Xanlar Fətiyev görüşün keçirildiyi Kətəlparaq kənd tam orta məktəbin həyətinə şam ağacı əkib.

DİGƏR Xəbərlər Arxiv