Xəbərlər
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib
Prezident İlham Əliyev “Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.