YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir

Malik Mirzəyev

YAP Lerik tayon təşkilatının sədri

2020-ci il 20 noyabr-Agdamın azad olunduğu gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Bu ilin noyabr ayının 20-də Ağdam rayonunun işğaldan azad olunmasının dörd ili tamam olur.  Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Ağdam Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də döyüşsüz dövlətimizə təhvil verildi. Bu uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Erməni vandalizminin ağır nəticələrinə baxmayaraq Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Artıq dörd ildir ki, Ağdam Azərbaycandır. Bu gün Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanmış baş plan əsasında bərpa olunur. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. 14 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev Ağdama səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdi. Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. İşğaldan azad edilmiş Ağdam rayonu bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir. Ağdam nəzərdə tutulduğundan da sürətlə "Böyük Qayıdış"a hazırlaşır.

Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Qarabağın digər bölgələri kimi Ağdam da dirçəlir, canlanır.