YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 32 illik tarixi davamlı uğurlarla zəngindir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32, Ağsu rayon təşkilatının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev partiyanınvə rayon təşkilatının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verirlər. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha genişlənir və bu, Dövlətimizin Başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.

Ağsu rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.

Ağsu rayon Ağsaqqallar şurasının sədri Vaqif Nəzərovun, Ağsu rayon Veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalovun, Partiya veteranı Əli Hüseynovun, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətovanın, Ağsu rayon Təhsil sektorunun metodisti Elnur Fərzəlizadənin çıxışlarında qeyd edilib ki, YAP-ın 32 illik tarixi davamlı uğurlarla zəngindir. Bu uğurların əsasında dövlətə, xalqa xidmət dayanır. Xalqın partiyaya inamının və etimadının göstəricilərindən biri ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. YAP qələbələr partiyası kimi tanınır və nüfuz qazanır. Partiya qarşıdakı dövrdə tarixini daha möhtəşəm uğurlarla zənginləşdirəcək.

Sonra YAP Ağsu rayon təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.