YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP 29: Azərbaycanın təşkilatçılığı yüksək qiymətləndirilir

“Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. Bir neçə gündür ki, Bakı şəhəri BMT-nin iqlim konfransına ev sahibliyi edir. Tədbirdə iştirak edən müxtəlif ölkələrin rəhbərləri də Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkəmizin mühüm beynəlxalq tədbirlərin keçirilməsi    ilə bağlı böyük təcrübəsi var. COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

Deputatın sözlərinə görə, Azərbaycanın yaşıl gündəliyinin və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin ciddi perspektivləri var. Çünki bu sahədə də ölkəmizin böyük potensialı mövcuddur. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir.

S.Vəliyev qeyd edib ki, COP29-un ölkəmizdə keçirilməməsinə çalışan dairələr olsa da, onların planları fiaskoya uğradı: “Bəzi Qərb dairələri Azərbaycanın neft-qaz ölkəsi kimi ekologiyaya ziyan vurduğunu iddia edirlər. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycanın qlobal qaz atılmalarındakı payı isə cəmi 0,1 faizdir. Digər tərəfdən, məhz Avropa Komissiyası təşəbbüs göstərərək Azərbaycanla qaz ixracına dair sənəd imzalayıb. Ona görə də, belə iddiaların heç bir əsası yoxdur. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələrə tutarlı cavab verdi. Bəzi Qərb dairələrinin pozuculuq cəhlərinə baxmayaraq, COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan xarici qüvvələr, erməni lobbisi növbəti dəfə məyus oldu”.