YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Vyetnamın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubunda xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin uğurla inkişaf etməkdə olduğunu bildirib.

Azərbaycan Prezidenti, həmçinin dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

“İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə qeyd edən Azərbaycan Prezidenti vyetnamlı həmkarına ən xoş arzularını çatdırıb, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində ona müvəffəqiyyətlər diləyib.