YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributdur. Dövlətin şərəf tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərdən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Prezident İlham Əliyev 17 noyabr 2009-cu ildə hər il 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu baxımdan artıq ənənə halını almış 9 Noyabr - Bayraq Günü Azərbaycan dövlətçilik tarixinə mübarizlik, şərəf, fərəh simvolu kimi daxil olub.

Bayraq sevgisi Vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev qeyd edib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Azərbaycan xalqı bu gün bayrağın altında birləşərək öz dövlətinə olan sevgisini bir daha nümayiş etdirir. Bayraq, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əmanətidir və onların ruhuna olan hörmətin təzahürüdür. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə bayrağımız ən yüksək zirvələrdə dalğalanıb. Gənc nəsil üçün bayraq sevgisi, Vətənə və xalqa olan bağlılığın ifadəsidir və bu istiqamətdə maarifləndirmə işləri genişlənir. Dövlət Bayrağı Günü, xalqımızı bir araya gətirən, onun dəyərlərini yaşadan və gücləndirən bir simvol kimi əhəmiyyət daşıyır.

44 günlük müharibə dövründə və antiterror əməliyyatları zamanı düşmənə qan udduran şəhidlərimiz son mənzilə yola salınarkən tabutları milli bayrağımıza büküldü. Əsgər və zabitlərimiz, torpaqlarımızı azad edərkən, ilk növbədə,  ərazilərə üçrəngli bayrağımızı sancaraq, Qələbəmizi dünyaya sübut etdilər. İşğaldan azad olunmuş bütün torpaqlarımızda dövlət bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyev Azərbaycan Bayrağını İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə böyük qürurla ucaltdı. Bütün dünya bir daha əmin oldu ki, bayrağımız daim zirvələrdə dalğalanacaq.