Xəbərlər
Ucarda vətəndaş qəbulu keçirilib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Ucar rayon Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbində kənd seçiciləri ilə görüşüb.
Ramil Həsən vətəndaşların qaldırdıqları problemlərini, təkliflərini diqqətlə dinləyib və müraciətlərin qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub.
Daha sonra Ramil Həsən Bərgüşad kəndində Birinci Qarabağ müharibəsi şəhidləri - itkin İbrahimov Vaqif Əziz oğlunun anası Minarə İbrahimova və Azayev Heydər Əlövsət oğlunun anası Minə Azayeva ilə görüş keçirib.