Xəbərlər
Qusarda Zəfər Günü qeyd olunub
Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, gənc fəallar Lamiyə Abdullayeva, Nurvin Rəhimov çıxış edərək əvvəlcə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki mühüm xidmətlərindən danışıblar. Qeyd olunub ki, azərbaycançılıq ideologiyası 44 günlük Vətən müharibəsi zamanı milli birliyimizin təmin olunmasında əsas rol oynadı. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, 30 il işğal altında olan torpaqlarımızı azad etdi.
Sonda “Zəfər yolu” adlı film və sərgi nümayiş olunub.