YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam edir

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir.  

A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Çıxış edənlər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, ekoloji problemlərin operativ surətdə yoluna qoyulması, ətraf mühitin mühafizəsi istiqamətində və eləcə də Azərbaycanda elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ardıcıl və səmərəli şəkildə görülən işlər barədə danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nizami Kino Mərkəzində isə Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Dünya bizim evimizdir” adlı tədbir baş tutub. 

Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışılıb, Azərbaycanın “yaşıl dünya naminə” təşəbbüsləri qeyd olunub.

Tədbirə məktəblilərin təqdimatında bədii hissə ilə yekun vurulub.