YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır

Qırx dörd günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Bu sözləri Türkiyənin millət vəkili Şamil Ayrım Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında deyib.

“Azərbaycanın qazandığı böyük Qələbədən sonra ekoloji məsələlərə həsr olunan tədbirə ev sahibliyi etməsi vacib əhəmiyyətə malikdir”, - deyən Ş.Ayrım bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji yox, həm də mənəvi məsələdir.