Xəbərlər
Bərdədə mülki şəhidin ailəsi ziyarət edilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla, Aparatın kollektivi Vətən müharibəsi dövründə Ermənistanın Bərdəyə atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş mülki şəhid Leyla Mustafayevanın ailəsini ziyarət ediblər.
Şəhid ailəsi, YAP üzvü olan qızları Sevinc Mustafayeva və Əfsanə Əliyeva Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu kateqoriyadan olan insanlara dövlət səviyyəsində göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.