Xəbərlər
Əli Əhmədovun seçicilər ilə növbəti görüşü keçirilib
Oktyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə əsasən şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları iştirak ediblər.
Əli Əhmədov seçicilərin müraciətlərini dinləyib, onların həll olunması istiqamətində müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.