YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Xəzər rayonunda növbəti ağacəkmə aksiyaları keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyalarda  RİH başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Aksiya iştirakçıları tərəfindən Binə qəsəbəsi, 81-ci Binə küçəsində və Türkan qəsəbəsində müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.