YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənddə Müstəqilliyin Bərpası Günü qeyd olunub

Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi-masa təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd RİH başçısının müavini Əfsanə Quliyeva, rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəm və digərləri Azərbaycanın şanlı dövlətçilik tarixindən bəhs ediblər.

Qeyd olunub ki, oktyabrın 18-i xalqımızın tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Vurğulanıb ki, xalqımız 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyimiz təmin edilib. Artıq xalqımız üçün çətin, ağrılı günlər keçmişdə qalıb. Bu gün min bir zəhmətlə, şərəflə qazandığımız uğurların sevincini yaşayırıq.

Müstəqilliyimiz əbədidir!