Xəbərlər
Hacıqabulda Azərbaycanın müstəqilliyinin bərpası günü qeyd edilib

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birrgə təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanovaya, Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov, Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, ərazi partiya təşkilatı sədrinin müavini Aynur Əsədova çıxış edərək Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etməsindən, Azərbaycanın dövlətçilik ənənələrindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar. Qeyd olunub ki,müasir Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Çıxışlarda o da vurğulanıb ki, “Artıq 18 oktyabr tarixini Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd edirik”.