YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib.

Əvvəlcə rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi hadisə olduğunu deyib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.

Daha sonra tədbirdə iştirak edən Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Əliyeva, Samux rayon Gənclər və İdman idarəsinin rəisi Rasim İmamquliyev bildiriblər ki, tarixi Zəfər əldə etməklə Azərbaycan bütün dünyaya göstərdi ki, onun müstəqilliyi əbədidir, daimidir, dönməzdir!