YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerik rayonunda ağacəkmə aksiyası keçirilib

Lerik  rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi aksiyada 2500-dən çox müxtəlif növ ağaclar və dekorativ bəzək kolları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Qeyd edək ki, 10 gün davam edəcək aksiyası zamanı rayonun ayrı-ayrı ərazilərində və magistral yolların kənarlarında ümumilikdə 10 mindən çox müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub.