YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Müstəqilliyin Bərpası Günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə və Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, aparatın əməkdaşları, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

Məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.  

Aksiya zamanı ərazidə bir neçə növ ağac əkilib.