YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Vüqar Rəhimzadə seçiciləri ilə görüşüb

6 saylı  Ordubad-Culfa seçki dairəsindən Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının qərargahında seçiciləri ilə görüşü olub.

Görüşdən əvvəl Ordubad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanında Vətən oğullarının məzarları ziyarət edilib.

Vüqar Rəhimzadə görüşdə seçicilərin müraciətini dinləyərək,  onları düşündürən   məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Seçicilər geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, deputat Vüqar Rəhimzadə, həmçinin Ordubad  rayonunun Dəstə kənd, Culfa rayonunun Yaycı və Bənənyar kənd seçiciləri ilə də görüşüb, Dəstə kəndində şəhidlərin xatirəsinə salınmış parkı və bulaq-abidəni ziyarət edib.