YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balanslı siyasətdən milli maraqlara doğru

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir.

Bu baxımdan cari ilin oktyabrın 8-də Prezident İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Rusiyanın ev sahibliyi ilə Moskvada təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha ötən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi.

Bir daha MDB-yə üzv dövlətlərlə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı humanitar və iqtisadi sahələrdə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də, artan əmtəə dövriyyəsinin həcmini xüsusi qeyd etdi.

Cənab İlham Əliyevin toxunduğu məqamlardan biri də gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcəyi mövzusu oldu. Dövlət başçısı qeyd etdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində olacaq. Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıq və onun keçirilməsində bizim üçün çox faydalı olacaq”.

Həmçinin bu il Azərbaycan COP29 ev sahibliyi edəcək. Bu məqsədlə artıq silsilə tədbirlər başlayıb. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin düşünülmüş siyasəti, onun dünya miqyasında nüfuzu, dövlət başçımıza bəslənən dərin hörmət və etibar imkan verir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli böyük layihələr həyata keçirsin. Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Doğma Qarabağ və Şərqi Zəngəzurda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının regionda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirməkdədir.

Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.