Xəbərlər
Çex Respublikasının xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlmişdir
İyun 2-də Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycana rəsmi səfərə gəlmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 4-dək davam edəcək səfər çərçivəsində Lubomir Zaoralekin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulmuşdur.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcəkdir.