YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazi müəllimlərlə görüş

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının qərargahında 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə qazi müəllimlərlə görüş keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qazi müəlllimlərin timsalında rayonun 75 ümumtəhsil məktəbi, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Dövlət Peşə Təhsili Mərkəzi və musiqi məktəblərini əhatə edən müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib.

Təşkilat sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət təhsil siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilməsindən bəhs edib. Müzəffər Liderin rəhbərliyi ilə xalq-ordu birliyi, igid şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunduğunu bildirən F.Şadlinskaya bu ərazilərdə Qarabağ Universitetinin və digər ümumtəhsil məktəblərinin fəaliyyətə başlamasının qürurverici olduğunu qeyd edib.

Faqət Şadlinskaya, həmçinin müəllim heyətinin təhsil, tədris və tərbiyə işlərindən başqa, ölkənin taleyüklü seçki kampaniyalarında fəallıq nümayiş etdirdiklərini vurğulayıb.

Görüşdə Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə üzrə nümayəndəsi Fərid Hacıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev və Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək təhsil sektoruna göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Qazi müəllimlər dövlət səviyyəsində hərtərəfli qayğı ilə əhatə olunduqlarını xüsusi vurğulayaraq Müzəffər Liderin hər bir çağırışına həmişə hazır olduqlarını bildiriblər.

Görüşdə rayonun qazi müəllimlərinə YAP Bərdə rayon təşkilatının qiymətli hədiyyələri təqdim olunub.

Sonda təşkilatın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.