YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər birimizi qürurlandırır

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə ən şərəfli səhifələr kimi əbədi olaraq həkk olunub. Çünki məhz bu müharibədə əldə etdiyi möhtəşəm Qələbə ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.

İkinci Qarabağ müharibəsi zamanı şanlı ordumuz 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonu, Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini erməni işğalından azad etdi.

Cəbrayıl əməliyyatı nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığına qovuşdu. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan, beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb.

Dövlət başçısının işğaldan azad olunmuş bütün rayonlarda olduğu kimi, Cəbrayıla etdiyi hər səfərində müxtəlif obyektlərin təməli qoyulur, açılışı edilir. Bu obyektlərin inşası bir çox sosial-iqtisadi məsələlərin həllində önəmli rol oynayır. Cənab İlham Əliyevin 2021-ci il fevralın 14-də Soltanlı kəndində görülən işlərlə tanış olmuş, 2021-ci il aprelin 26-də Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək, hərbi qulluqçularla görüş keçirmişdir.

2021-ci il oktyabrın 4-də bu rayona səfəri çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası”nın, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində, “Cəbrayıl” yarımstansiyanın açılışlarında iştirak edən dövlətimizin başçısı Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Bu səfərlər rayonda aparılan quruculuq işlərinin gedişinə məsuliyyəti daha da artırmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir və bütün bölgənin inkişafına böyük töhfələr verəcək. Cənab İlham Əliyevin vurğuladığı kimi, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.

Qazanılmış Qələbədən 4 il ötməsinə baxmayaraq dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri tez bir zamanda burada həyatın bərpasına zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Cəbrayıl rayonunda əhalinin yaşayışının yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır. Asfalt yolların çəkilişi, yaşayış binalarının, xəstəxanaların, hərbi hissələrin və başqa infrastruktur obyektlərinin tikilməsi Qarabağa həyatın qayıtmasına təkan verəcək.

DİGƏR Xəbərlər Arxiv