YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf modeli

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

İqtisadiyyatın əhəmiyyətli dərəcədə güclənməsi Azərbaycanın hərtərəfli inkişafına, ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına hədəflənən siyasətə böyük töhfələr verir. Ölkənin iqtisadi imkanları genişləndikcə pensiyalar, maaşlar, sosial müavinətlər də paralel şəkildə artırılır. Təsadüfi deyil ki, respublikamız Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən hazırlanan İnsan İnkişafı İndeksində öz yerini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, bu sahədə MDB-də lider mövqeyə yüksəlməyə nail olub.

İqtisadi faəllığın artmasının nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluq 5 faizədək aşağı salınıb, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Təbii ki, iqtisadi təhlillərdən bu qənaətə gəlmək mümkündür. Prezidet İlham Əliyevin iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə dediyi kimi, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir: “İnflyasiya ilin əvvəlindən cəmi bir faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir... Biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır.

Uğurların əldə olunmasında ölkədə aparılan islahatların çox böyük rolu var. Azərbaycanda son illər ərzində müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Bunun nəticəsində milli iqtisadiyyatımızın dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aparılan islahatların nəticəsidir ki, qlobal miqyasda mənfi tendensiyaların dərinləşdiyi illərdə də Azərbaycan arzuolunmaz xarici təsirləri uğurla dəf etdi və ölkə yenə də inkişafa istiqamətləndi. Yeni iqtisadi şəraitdə isə ölkəmizdə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb.

Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.